“Müqəddəs Şuşamızı ziyarət etmək bu illər ərzində hər birimizin arzusu olub”.
Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Şuşada Türkiyənin Vitse-prezidenti Fuad Oktayla mətbuat konfransında deyib.
“Bu xoşbəxtliyi bizə nəsib edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, həmçinin rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz olub. 2020-ci ilin noyabrın 8-də tarixi, mədəni və strateji əhəmiyyətə malik Şuşa şəhəri erməni işğalçılarından azad olub.
MÖVZU İLƏ BAĞLI:
Türkiyənin Vitse-prezidenti Füzuli aeroportu ilə tanış olub - FOTO
Azərbaycan 44 günlük Vətən müharibəsində uğurlu əks-hücum əməliyyatı ilə ən mühüm tarixi hadisəni və böyük hərbi qələbəsini qazandı. Eyni zamanda, müharibənin gedişinə və taleyinə həlledici təsir göstərən Zəfər günü kimi tariximizə yazıldı.
Bir neçə gündən sonra Azərbaycan xalqı və Azərbaycan xalqına yaxın olan bütün bəşəri vətəndaşlar bu Zəfər Gününü bizimlə bərabər qeyd edəcəklər. Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olan Şuşamız artıq ən yüksək səviyyədə dövlət başçılarının görüşünə ev sahibliyi etməyə başlayıb”,-deyə Əli Əsədov vurğulayıb.
Bizim.Media