Yaxın zamanlarda məktəblərdə İntizam Şurası yaradılacaq. Bununla bağlı Elm və Təhsil naziri xüsusi əmr imzalayıb. Yeini qərara əsasən Şuranın yaradılması və tərkibində valideynlərin təmsil olunması məcburi olacaq.
İntizam Şurasının yaradılması zərurəti haqqında Bizim.Media-ya danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova məsələyə aydınlıq gətirdi.
O, Təhsil Nazirliyi tərəfindən məktəblərdə aparılan qiymətləndirmədə bolinq məsələlərinin, məktəblərdə şagirdlərin davranışlarında yaran problemlərin nəhayətdə bu nəticəyə gəlməyə məcbur etdiyini bildirdi:
“Yeni qaydalara görə hər bir məktəbdə İntizam Şurası yaradılacaq. Şura ictimai əsaslarla fəaliyyət göstərəcək. Şura qaydaların pozulması hallarını, hansı cəza mexanizmlərinin seçilməsini və daha çox hansı proseslərə nəzarət etmək lazım gəldiyini müəyyən edəcək. Hesab edirik ki, yeni qaydalar şagirdlərin məsuliyyətini artıracaq. Yeni qaydaların icrasını biz uzun müddət izləyəcəyik. Məqsədimiz odur ki, bu qaydalar sonradan davranış mədəniyyətinə çevrilsin.
Yəni hər bir şagird bilsin ki, məktəbdə etdiyi hansısa hərəkət ona hansı məsuliyyət və yaxud öhdəlik yaradır. Tədricən hər kəs qəbul etməli olacaq ki, məktəbdə olay çıxartmaq olmaz, müəllim şagirdi təhqir edə bilməz, şagird şagirdə qarşı bolinq etməməlidir, tədris prosesinə əngəl olmamalıdır və sair”.
Günel Səfərova onu da söylədi ki, Beynəlxalq praktikaya baxsaq görərik ki, bəli, dünyanın əksər ölkələrində məktəblərdə fərqli-fərqli qaydalar var:
“Bu qaydalar həm məktəblərlə, həm də şagirdlərlə bağlıdır. Ona görə də beynəlxalq sınaqdan uğurla çıxmış bir qaydaların Azərbaycanda da tətbiqinə böyük ehtiyac var. Bu mənada İntizam Şurasının yaradılması haqqında qərar yuxarıda dediyimiz problemlərin həllini və Beynəlxalq təcrübələri özündə ehtiva edin bir çərçivə sənədidir”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:30 / 05.11.2022
Müstəqil ölkəmizin məktəblərində SOVET STİLİSTİKASI - İntizam Şurası təhsilə nə verəcək?
Hazırda oxunan: Müstəqil ölkəmizin məktəblərində SOVET STİLİSTİKASI - İntizam Şurası təhsilə nə verəcək?
Hazırda oxunan: Müstəqil ölkəmizin məktəblərində SOVET STİLİSTİKASI - İntizam Şurası təhsilə nə verəcək?
102960
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.