Azərbaycanın Baş naziri Əli Əsədov və ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin vitse-prezidenti Fuat Oktay Şuşa şəhərində olublar.
Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetindən məlumat verilib.
Məlumata görə, Ə.Əsədov və F.Oktay Şuşada mədəni abidələri və şəhərin görməli yerlərini ziyarət ediblər, o cümlədən Şuşa şəhər meydanı, Yuxarı Gövhər Ağa məscidi, Cıdır düzü və Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi ilə tanış olublar.
Daha sonra Şuşa şəhərində Ə.Əsədovun və F.Oktayın Bakıda keçirilmiş Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasının nəticələrinə dair mətbuata bəyanatlarla çıxış ediblər.
12.56***
Noyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı Füzuli Beynəlxalq Hava Limanında qarşılayıb.
Bizim.Media Nazirlər Kabinetinə istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olduqdan sonra Azərbaycanın Baş naziri və Türkiyənin Vitse-prezidenti Şuşa şəhərinə yola düşüblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:55 / 05.11.2022
Türkiyənin vitse-prezidenti Şuşaya gedib - FOTO
Hazırda oxunan: Türkiyənin vitse-prezidenti Şuşaya gedib - FOTO
Hazırda oxunan: Türkiyənin vitse-prezidenti Şuşaya gedib - FOTO
102955
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.