Vətən müharibəsində itkin düşmüş 6 hərbçimizin axtarışı davam etdirilir 

Vətən müharibəsində itkin düşmüş 6 hərbçimizin axtarışı davam etdirilir 

Hazırda oxunan: Vətən müharibəsində itkin düşmüş 6 hərbçimizin axtarışı davam etdirilir 

102947

Vətən müharibəsində itkin düşmüş 6 hərbi qulluqçumuzun axtarışı prosesi aktiv şəkildə davam etdirilir. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin "Azərbaycan” qəzetində dərc edilən məqaləsində deyilir. 

Onun sözlərinə görə, Dövlət Komissiyası tərəfindən aidiyyəti dövlət orqanları və beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində 12 hərbçimizin döyüş əməliyyatlarının gedişində yaralanaraq əsir götürüldüyü məlum olmuş və beynəlxalq təşkilatların vasitəçiliyi ilə onlar qısa müddətdə azad edilərək Vətənə qaytarılıblar:
"Lakin təəssüflər olsun ki, 6 hərbi qulluqçumuzun taleyi hələ də qeyri-müəyyən olaraq qalmaqdadır və onların axtarışı prosesi hazırda aktiv şəkildə davam etdirilir. İnanırıq ki, onların yaxınlarının və ailə üzvlərinin həsrətinə tez bir zamanda son qoyulacaq və hərbçilərimizin taleyinə tezliklə aydınlıq gələcəkdir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO