Şuşa fatehi Hikmət Mirzəyevin məşhur fotosunu KİM ÇƏKİB? – Müəllifdən Özəl AÇIQLAMA 

Şuşa fatehi Hikmət Mirzəyevin məşhur fotosunu KİM ÇƏKİB? – Müəllifdən Özəl AÇIQLAMA 

Hazırda oxunan: Şuşa fatehi Hikmət Mirzəyevin məşhur fotosunu KİM ÇƏKİB? – Müəllifdən Özəl AÇIQLAMA 

102908

Vətən müharibəsi iştirakçıları arasında xalqın görmədən, tanımadan sevdiyi bir çox döyüşçülər və sərkərdələr oldu. Bu qəhrəmanlar xalqın böyük rəğbətini qazanıb müharibə simvoluna çevrildilər.

Onların arasında isə ən çox haqqında danışılanlardan biri, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyevdir.

Cəsur komandanın müharibədə göstərdiyi nəticələr göz önündədir. Təkcə, Şuşanın azad edilməsi hərbi əməliyyatı komandanın və onun rəhbərlik etdiyi döyüşçülərin nəaliyyəti haqqında danışmağa kifayət edir.
Ancaq işin maraqlı tərəfi ondan ibarətdir ki, vətən müharibəsindən sonra Hikmət Mirzəyev deyəndə göz önündə onun media resurslarında və sosial şəbəkələrdə yayılan məhşur fotosu canlanır.

Bəs Şuşa fatehinin həmin fotosunu kim, harada və necə çəkib?

Bizim.Media-nın əldə etdiyi məlumata görə, sözügedən foto Vətən müharibəsindən sonra Bakıda keçirilən zəfər paradında çəkilib.

Bu anı yaxalayan fotoqraf isə Kelvin Qasımovdur. 34 yaşlı Kelvin 19 ildir ki, fotoqraf kimi çalışır.

Əməkdaşımızla söhbət zamanı o bildirib ki, fotonu uzaq məsafədən çəkib:

“Bakı Media Mərkəzi”nin vasitəsi ilə paradı lentə almaq şansım oldu. Mən general Hikmət Mirzəyevin kameralardan qaçdığını eşitmişdim. Ancaq xalqın sevimlisinə çevrilmiş qəhrəmanı lentə almaya bilməzdim.

Həmin vaxt təxminən 600 metr kənardan onu izləyirdim. Kameramın üzərində olan 600 mm-lik obyektiv fotonu çəkməyə imkan verirdi və mən bunu bacardım. Buna görə özümü şanslı hesab edirəm”.
Həmsöhbətimiz bundan sonra dəfələrlə sosial şəbəkələrdə öz çəkdiyi fotoya rast gədikdə, bu qədər məşhur  fotonun müəllifi olmaqdan qürur hissi keçirdiyini bildirib.

Kelvin bildirib ki, fotoya görə bəzən müəlliflik hüquqları da pozulub, Belə ki, özünü həmin fotonun “müəllifi” hesab edən şəxslə mübahisəsi yaranıb. Ancaq fotonun orjinalının təqdim edilməsi müəllifin köməyinə çatıb.

Hikmət Mirzəyev haqqında tarix hələ çox danışacaq. Onun qəhrəmanlıq salnaməsi əsrlər sonra gələcək nəslə ötürüləcək. Hələ neçə-neçə gənc, general Mirzəyev şəxsiyyətini özünün həyat yolunda mayak hesab edəcək. Bir sözlə, gələcək nəsil bu fotonun timsalında onun simasını görüb, özündən əvvəlkilər kimi sevib ehtiramını bildirəcək.

Elgün Gəncimsoy, Bizim.Media, Qarbağ bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO