Qubada dinin siyasiləşdirilməsinin təhlükələri MÜZAKİRƏ EDİLDİ - FOTO 

Qubada dinin siyasiləşdirilməsinin təhlükələri MÜZAKİRƏ EDİLDİ - FOTO 

Hazırda oxunan: Qubada dinin siyasiləşdirilməsinin təhlükələri MÜZAKİRƏ EDİLDİ - FOTO 

102895

Bu gün Qubadakı Heydər Əliyev mərkəzində "Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhlükə kimi" mövzusunda konfrans keçirilib.

Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, onfrans Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dini Qurumlarla İş üzrə Dövlət Xidməti və Quba rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Xudmətinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin məsul şəxsləri, DTX-nin rayon şöbəsinin rəisi, hüquq-mühafizə orqanlarının rəhbərləri, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qaziləri və Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonları üzrə səlahiyyətli nümayəndələri və dini icma sədrləri iştirak edib.
Əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin Quba şəhərindəki abidəsi ziyarət olunub.

Mövzu ətrafında çıxışlarda Quba İcra Hakimiyyətinin başçısının birinci müavini Tariyel İbrahimov, Dini Qurumlarla iş üzrə Dövlət Xidməti sədrinin birinci müavini Sahib Nağıyev, Baş Prokurorluğun nümayəndəsi Qədir Məmmədov, DİN-nin şöbə rəisi Oqtay Tağıyev ölkədə dini durumun stabil qalmasına əngəl törədən neqativ hallardan ətraflı danışıblar.

Bildirilib ki, dinin siyasiləşdirilməsinə qəti yol vermək olmaz və bu, rafikalizmə və ekstremizmə gətirib çıxarır. 

Bunun üçün yerlərdə, xüsusilə gənclər arasında geniş maarifləndirmə işləri aparılmasının vacibliyi vurğulanıb. Dindarlara əhali arasında islama zidd ünsürlərin təbliğinə yol verməmələri, milli təhlükəsizliyimizə təhlükə ola biləcək təbliğatdan uzaq olmaları tövsiyə edilib.

Dini Qurumlarla iş üzrə Dövlət Xidməti sədrinin 1-ci müavini Sahib Nağıyev bəzi xarici dövlətlərin Azərbaycanda dini siyasiləşdirməyə cəhd etdiklərini deyərək,  qonşu İranın ölkəmizə belə bir cəhd etməsini xatırladıb.
S.Nağıyev bildirib ki ,Azərbaycanın güc strukturları və müvafiq qurumları bu məsələdə çox barışmaz və kəskin mövqe tutur və bu istiqamətdə ciddi tədbirlər davam edir.

Konfransda hər bir vətəndaşın milli kimliyimizə əks olan belə hallara qarşı barışmaz mövqe tutmasının və onlardan uzaq olmağın vacibliyi vurğulanıb.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti bu günlərdə keçirdiyi əməliyyatda İran xüsusi xidmət orqanının nəzarəti altında qanunsuz silahlı birləşməni ifşa edib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO