Göyçayda 14 yaşlı qızın ərə verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Göyçayda 14 yaşlı qızın ərə verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Göyçayda 14 yaşlı qızın ərə verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

102870

Göyçay rayonunda erkən nikahın qarşısı alınıb. 

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, Göyçayda yeniyetmə qıza toy mərasimi keçirilməsi ilə bağlı məsələ dərhal nəzarətə götürülüb. 

Yeniyetmənin valideynləri polis şöbəsinə dəvət olunub, izahatları alınıb və qanunvericiliyin tələbləri izah edilib.

Onlar ifadələrində qızlarına nişan mərasimi keçirmək istədiklərini bildiriblər. Sabaha keçirilməsi nəzərdə tutulan həmin mərasimin qarşısı alınıb və rayon Polis şöbəsinin təhqiqat bölməsində müvafiq araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO