Zakir Həsənov Ermənistanla sərhəddə yerləşən bölmələrdə olub - FOTO/VİDEO

Zakir Həsənov Ermənistanla sərhəddə yerləşən bölmələrdə olub - FOTO/VİDEO

Hazırda oxunan: Zakir Həsənov Ermənistanla sərhəddə yerləşən bölmələrdə olub - FOTO/VİDEO

102865

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən noyabrın 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Ermənistanla sərhəd bölgəsində dislokasiya olunan hərbi hissələrdə olub. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Yeni istifadəyə verilmiş yerləşmə məntəqəsində yaradılan şəraitlə tanış olan müdafiə nazirinə məruzə olunub ki, qoşun xidmətinin yüksək səviyyədə təşkili üçün məntəqədə bütün zəruri şərait yaradılıb. 

Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı, isitmə sobaları, ərazini fasiləsiz elektrik enerjisi ilə təmin edən generatorlar və günəş panelləri, eləcə də döyüş texnikasının saxlanması üçün park mövcuddur. 

Qışa hazırlıq məqsədilə dayaq məntəqələrində və döyüş mövqelərində maye, odun və kömür yanacağı da daxil olmaqla bütün təminat növü ilə ehtiyyat yaradılıb. 

Şəxsi heyətin məişət şəraiti ilə tanış olduqdan sonra general-polkovnik Z.Həsənov döyüş mövqelərində xidmət edən hərbi qulluqçuların xidməti döyüş fəaliyyəti ilə tanış olub. 

Müdafiə nazirinə əməliyyat şəraiti ilə bağlı məruzələr edilib. 

Sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşən nazir onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib. 

Müdafiə naziri döyüş növbətçiliyinin və qoşun xidmətinin təşkili, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO