“Bahalaşma ilə mübarizədə yalnız maaş artımı çözüm deyil” – Natiq Cəfərlidən TƏKLİF 

“Bahalaşma ilə mübarizədə yalnız maaş artımı çözüm deyil” – Natiq Cəfərlidən TƏKLİF 

Hazırda oxunan: “Bahalaşma ilə mübarizədə yalnız maaş artımı çözüm deyil” – Natiq Cəfərlidən TƏKLİF 

102862

“Əvvəllər Azərbaycanda rəsmi inflyasiya səviyyəsinə görə, maaş və təqaüdlərin kompensasiyası nəzərdə tutulmuşdu. Sonradan 2016-cı ildə rəsmi inflyasiya rəqəmləri yüksəldikdən sonra, qaydalar dəyişildi, orta aylıq əmək haqqının tempinə görə kompensasiya nəzərdə tutuldu. İnflyasiya da təxminən hər il 3-5% civarında olurdu və maaş artımları 10% olduqda hökumətin bunu normal qiymət artımı kimi təqdim etməsi mümkün olurdu”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Belə ki, inflyasiya səviyyəsinə görə maaş və təqaüdlərin artırılması ilə bağlı fikirlərə münasibət bildirən ekspert qeyd edib ki, gələn ilin dövlət büdcəsində kompensasiyaların hansı formada ödəniləcəyi dəqiq bilinmir:

“Rəsmi inflyasiya rəqəmlərinin, orta aylıq əmək haqqının artım tempini, yaxud ərzaq inflyasiyasının əsas götürüləcəyi bəlli deyil. Çünki rəsmi inflyasiya 14% civarında olsa da, ərzaq inflyasiyası 21%-dir. Rəsmi rəqəmlərə görə, Azərbaycan əhalisinin qazancının 52%-i ərzaq məhsullarına xərclənir və buna görə də ərzaq inflyasiyasının nəzərə alınması daha məqsədəuyğun olardı”.

Natiq Cəfərlinin sözlərinə görə, inflyasiya ilə mübarizədə yalnız maaş və müavinətlərin artırılması artıq effekt vermir:

“Azərbaycan reallığında bu inflyasiyanı daha da sürətləndirir. Maaş artımları ilə bağlı xəbər çıxan kimi, psixoloji olaraq bu, qiymət artımına səbəb yaranır. Ona görə bu klassik yanaşmadan əl çəkilməlidir. Bəli, maaş və təqaüdlər artırılmalıdır. Lakin hələlik 10%-dən artıq artımın olması da gözlənilmir. 

İnflyasiya ilə mübarizədə isə başqa alətlərdən də istifadə olunmalıdır. Bunlardan ən önəmlisi gömrük rüsumları və vergi dərəcələri ilə bağlıdır.

Məsələn, Azərbaycanda dərman ehtiyacının 94-95 faizi idxal hesabına təmin olunursa, nə üçün ona gömrük rüsumu və ƏDV tətbiq olunmalıdır? Ərzaq məhsullarında isə özümüzü ən yaxşı halda 20-25% təmin edirik. Bunu da nəzərə alsaq, ərzaq və dərman qiymətlərinin tənzimlənməsində vergi endiriminə getmək lazımdır.

Vergi müzakirələrində bu məsələni yenidən gündəmə gətirəcəyik ki, bu tip məhsullarda ƏDV 18 faizdən 2 faizə endirilsin. Bunun birbaşa təsiri olacaq. Çünki əhalinin 80 faizi şəbəkə marketlərdən alış-veriş edir və onların hamısında 18% ƏDV tətbiq olunur. Yəni 50 manatlıq bazarlıqda 18%-lik ƏDV ilə 9 manat əlavə ödəniş edirdiksə, bu 2%-ə bərabər olduqda cəmi 1 manat artıq ödəniləcək”

Murad Əhmədov, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO