Hər bir ailənin, insan beyninin özünə məxsus düşüncə tərzi və özünə aid problemləri var. Sağlam düşüncəyə sahib olan şəxslərin problem etmədiyi hallar var ki, başqa biri onu qlobal problemə çevirə bilir.
Psixoloq Samirə Bağırova Bizim.Media-ya açıqlamasında bildirib ki, ölkədə son illər ərzində psixoloqa müraciət sayı ən çox yeniyetmələrlə bağlıdır. Bu hallar onlarda özünəqapanma, asosiallıqla xarakterizə olunur. Psixoloqa müxtəlif yaş kateqoriyasından olan insanlar, dövlət və digər sahədə çalışan hətta çalışmayan şəxslərin, evdar xanımların hansı səbəbdən psixoloqa müraciət etdiklərini açıqlayıb:
“Əsas əksəriyyətin psixoloji narahatlıqları bunlardır:
1. Dövlət məmurlarında psixoloji narahatlıqlar əsasən gərginlik və yuxusuzluqdan irəli gəlir. Onlar ən çox buna görə müraciət edirlər.
2. Evdar xanımlarda isə daha çox obsessiv-kompulsiv pozğunluqlar, yəni aşırı təmizlik işləri görmək, təmizkar olmaq xəstəliyi və yaxud da “panik atak” lara rast gəlinir. Həmçinin ailə münasibətlərində yoldaşı, valideynləri və övlad ilə problemlər yaşayanlar da daha çox müraciət edənlər siyahısındadır.
3. İşsiz qalan bəylərdə də işsizlik gərginliyi olur. Ağır depresiyaya düşürlər. Bəzilərində yuxusuzluq kimi neqativ hallar müşahidə olunur.
4. Qazilərlə bağlı müraciətlər daha çoxdur. Onların əksəriyyəti postravmatik sindrom yaşayırlar və kəkələmə, nitqdə deformasiyaları var”.
Psixoloq bildirir ki, son zamanlar eyni cinslə münasibət yaşayan şəxslərlə də çalışır.
Bölgələrdən son 2 ayda bununla bağlı çox sayda müraciətlər gəlir:
“Bu hallar rayonlarda, kəndlərdə durmadan artmağa başlayıb. Hazırda seansımda sözügedən məsələ ilə bağlı 3 nəfəri qəbul etmişəm. Onların ikisi yeniyetmə olmaqla, biri gəncdir.
Həddindən çox bu məsələdə artım var. Valideynlər bundan çox narahatdır amma məsələnin kökünə gedib çıxanda bəlli olur ki, həmin şəxslər həddən artıq avtoritar, güclü nəzarət tətbiq edən ailə modelinə aid olan uşaqlardır. Hətta 23 yaşlı bir gənci işləməyə icazə verməyən valideynlər var. Ona görə də əksəriyyəti sevgi, diqqət, qayğını başqalarında axtarır və onu başa düşən həmcinsinə bağlanır. Nəticədə məcburi şəkildə evlənməyi çıxış yolu kimi görürlər.
Homoseksuallığın isə beyin problemi ilə heç bir əlaqəsi yoxdur. Elə valideynlər var ki, bəzi həkimlərin yoxlanışından keçib, yanlış yönləndirilirlər. Amma bunun qoyulan diaqnozlarla, beyinlə əlaqəsi yoxdur. Bu birbaşa təməldən düzgün qoyulmayan tərbiyəyə bağlıdır”, - deyən S.Bağırova psixoloji narahatlığı olmayan şəxslərin də ayda 1 dəfə olsa psixoloji dəstək görməsini vacib hesab edib.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:30 / 05.11.2022
“Kəndlərdə homoseksualların sayı artıb” – Samirə Bağırovadan İLGİNC AÇIQLAMA
Hazırda oxunan: “Kəndlərdə homoseksualların sayı artıb” – Samirə Bağırovadan İLGİNC AÇIQLAMA
Hazırda oxunan: “Kəndlərdə homoseksualların sayı artıb” – Samirə Bağırovadan İLGİNC AÇIQLAMA
102859
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.