18 şəhidin məzarı Yasamaldakı Şəhidlər Xiyabanına köçürüldü - FOTO

18 şəhidin məzarı Yasamaldakı Şəhidlər Xiyabanına köçürüldü - FOTO

Hazırda oxunan: 18 şəhidin məzarı Yasamaldakı Şəhidlər Xiyabanına köçürüldü - FOTO

10279

Son günlər böyük müzakirələrə səbəb olan ümumşəhər qəbristanlığında dəfn edilmiş 18 şəhidinin məzarı Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Məzarların köçürülməsi prosesi din xadimlərinin və şəhidlərin yaxınları və rəsmi şəxslərin iştirakı ilə icra edilib.

Məzarların daxilində hər hansı su axıntısı və sızıntısı müşahidə edilməyib.

Qeyd edək ki, məzarların yerinin dəyişdirilməsi ilə bağlı şəhid ailələrinin müraciətləri onların iştirakı ilə ətraflı araşdırılıb, yaranmış problemin optimal həll yolu müəyyən edilib.

Xatırladaq ki, son günlər sosial şəbəkələrdə şəhidlərin dəfn olunması üçün seçilən yerlərin onların adına layiq olmaması tənqid edilirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO