İsmayıllıda qəza - Yaralılar var

İsmayıllıda qəza - Yaralılar var

Hazırda oxunan: İsmayıllıda qəza - Yaralılar var

10277

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün axşam saatlarında İsmayıllı-Qəbələ yolunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində Qəbələ rayon sakini Fəzail Bəşirov idarə etdiyi 10-MN-810 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü Fəzail Bəşirov və sərnişinlər-Qəbələ rayon sakinləri, 1962-ci il təvəllüdlü Bəhramov Məzahir Yusif oğlu, 1966-cı il təvəllüdlü Quliyev Faiq Ənvər oğlu, 1961-ci il təvəllüdlü Quliyeva Tamam Yusif qızı və 1985-ci il təvəllüdıü Bəhramova Ülviyyə Məzahir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO