Hüquq Mühafizə orqanları tərəfindən saxlanılan “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovun bu gün məhkəmə iclası keçirilib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə Rasim Məmmədov barəsində 4 ay həbs qəti-imkan tədbiri seçilib.
Bu barədə məlumatı Bizim.Media-ya Rasim Məmmədovun vəkili Elçin Sadıqov bildirib.
MÖVZU İLƏ BAĞLI:
Bu gün Rasim Məmmədovla bağlı qərar veriləcək
“Minlərlə ailəni çörəksiz qoyan Rasim Məmmədovun cəzasını alacağını hamı bilirdi” – Qalmaqallı zavodun səhmdarı
Qeyd edək ki, R.Məmmədov barəsində Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri üzrə ittiham irəli sürülüb.
Alçina Amilqızı, Bizim.Media