Statistika Komitəsinin məlumatına görə, son 10 ildə Azərbaycanda 0-19 yaş qrupu üzrə əhalinin sayında 1,6 faiz azalma, 60 yaş üzərində əhalinin sayında isə əksinə 65 faiz artım qeydə alınıb.
Bu isə o anlama gəlir ki, Azərbaycan əhalisi qocalır.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, ölkə əhalisinin qocalmasına təsir edən amillər çoxsaylı olsa da, burada əsas rolu adət-ənənələrdən uzaqlaşma tendensiyası oynayıb:
“Azərbaycanda doğumun artım tempi azalır. Eyni zamanda, uzunömürlülük indeksi də artır. Amma hər bir halda cavanlaşma tempi zəifləyir. Ölkə əhalisinin qocalması bir sıra amillərlə bağlıdır.
Müəyyən dövr, 50-60 il ərzində Azərbaycan əhalisi müəyyən dərəcədə sabit və dayanıqlı mühitdə yaşayıb. Lakin sonrakı dövrdə ərazilərimizə qəsd edildi, müstəqilliyimizin ilk günündən ərazi bütövlüyümüz uğrunda müharibə başladı. Nəticədə əhali sosial nöqteyi-nəzərdən problemlərlə üzləşdi. Belədə inam da itdi.
İki dəfə ardıcıl baş verən devalvasiya da maliyyə dayanıqlığının pozulmasına gətirib çıxardı. Paralel olaraq qərbyönümlü baxışların təsiri altında ənənələrdən kənarlaşma da baş verdi. Məhz sadaladığım bu amillərin nəticəsi olaraq hazırkı vəziyyətdə Azərbaycan əhalisi arasında qocalma tendensiyası vüsət alıb”.
Həmsöhbətimiz mövcud durumdan xilas olmağın mümkün olduğunu düşünür:
“Bunun üçün sosial dayanıqlıq bərqərar olmalıdır. Sözün əsl mənasında sosial dayanıqlıq, rifah bərqərar olarsa, insan gəlirinin xərcindən yüksək olduğu mühitdə yaşayarsa, şübhəsiz ki, ölkəmizdə adət-ənənə indeksi, ailəyə bağlılıq də hərəkətə gələcək. Belə olarsa, rəqəmsal olaraq gələcək nəsillərdə yenidən cavanlaşmanın şahidi ola bilərik”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:15 / 03.11.2022
Azərbaycanda qocaların sayı artır – SƏBƏB NƏDİR?
Hazırda oxunan: Azərbaycanda qocaların sayı artır – SƏBƏB NƏDİR?
Hazırda oxunan: Azərbaycanda qocaların sayı artır – SƏBƏB NƏDİR?
102679
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.