“Hazırda Güney Azərbaycan şəhərləri manatla tədavülə keçir, özlərinə Əliyevi prezident seçir, qaldı ordumuz. O da general Hikmət Mirzəyevlə çox yaxındadı”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib.
Politoloq qeyd edib ki, Hikmət Mirzəyevin rəhbərlik etdiyi xüsusi təyinatlı ordunun ölkəmizin cənub sərhədində təlimə başlaması İranda əsl şok effekti doğurub:
MÖVZU İLƏ BAĞLI:
Cənub sərhədimizdə XTQ-nin xüsusi təlimi davam edir – FOTO/VİDEO
“İran telegram kanalları Azərbaycanın cənub rayonlarında yaşayan dindar əhalimizə müraciət hazırlayıblar. Orda qeyd edilir ki, "Əgər Azərbaycan əsgəri silaha əl atarsa, qarşısında sipər olun".
Maraqlıdır ki, “İslamic World News” adlı teleqram kanalından yayılan iddialara elə cənubdakı soydaşlarımız iki arqumentlə cavab veriblər:
1. Olimpik Star tərəfdə hansısa obyektə üç bayraq dalğalanır - İsrail, Türkiyə, Azərbaycan - onun videosunu paylaşıblar.
2. Azərbaycan ordusunda talış və cənub bölgəsindən olan şəhid fotoları paylaşılıb”.
Əziz Əlibəyli İran əhalisinin təqribən yarısını soydaşlarımızın təşkil etdiyini də diqqətə çatdırıb:
“Güney Azərbaycanda isə 40 milyon soydaşımız yaşayır. Eyni zamanda SEPAH-ın sərhədimizdəki son təlimi oldqca uğursuz bitib. Və yayılan görüntülərdə də əks olunduğu kimi, gülüşə səbəb olub.
İranlıların paylaşımlarında iddia edilir ki, ölkənin 80 faizi dəmir dövründə qalıb, göstərilən və iddia edilən mənzərə isə tamam fərqlidir. İran ordusunu qüdrətinə gəlincə isə deyə bilərik ki, onu güclü edən orda xidmət edən soydaşlarımızdır ki, İraqla savaşda yüz minlərlə azərbaycanlı həlak oldu.
Hazırda Güney Azərbaycan şəhərləri manatla tədavülə keçir, özlərinə Əliyevi prezident seçir, qaldı ordu, o da Mirzəyevlə çox yaxınlaşdı”.
Qeyd edək ki, noyabrın 3-də Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb. Təlimlər Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevin rəhbərliyi altında keçirilir.
Murad Əhmədov, Bizim.Media