Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzi karantin rejimi ilə bağlı tətbiq edilən qaydaları pozub.
Bizim.Media xəbər verir ki, kafe və restoranlarda yerində xidmətə fevralın 1-dən icazə verilsə də, turizm mərkəzi bu tarixi ertələyib.
''Şahdağ''a turlara start verilib. Kütləvi tədbirlərə qoyulan qadağa kobud şəkildə pozulub.
Kadrlarda istirahət mərkəzinin restoran və kafelərində sıxlıq müşahidə edilir. Hətta boş oturacaq və masalar çətinliklə tapılır. Üstəlik ara məsafə, maskadan istifadə qaydaları gözlənilmir.
Qadağalara görə, otellər yalnız otaqlarda servis xidməti göstərə bilərlər. Lakin istirahət mərkəzində bu qaydalara da əhəmiyyət verilməyib.
Bizim.Media