Noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdiyi bildirilib. Əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov və Protokol Şöbəsinin rəisi Kamil Rzayevin saxlanıldığı söylənilir.
Qeyd edək ki, məsələ ilə bağlı hər iki qurumun rəsmi açıqlaması yoxdur.
Mediada gedən məlumatlara görə saxlanıldığı bildirilən nazir müavini Elnur Əliyev hazırda vəzifəsini icra edir.
Məsələni dəqiqləşdirmək üçün Mədəniyyət Nazirliyi ilə əlaqə yaratdıq. Qurum rəsmisi Nuridə Allahyarova Bizim.Media-ya açıqlamasında nazir müavininin işinin başında olduğunu təsdiqləyib:
MÖVZU İLƏ BAĞLI:
DTX-nin saxladığı iddia edilən nazirin birinci müavini işə çıxıb
“Nazir müavini niyə işə çıxmamalıdır ki? Bir dövlət qurumunun digər dövlət qurumunda hər hansı bir əməliyyat aparması qanunvericilik və səlahiyyətləri çərçivəsində ixtiyarı var. Burada heç bir qeyri-adi hal yoxdur. Əməliyyat aparıldığı ehtimal və iddia olunan qurum tərəfindən rəsmi açıqlama yoxdursa, nazir müavinin işə çıxmaması hansı halda sual oluna bilər?”
Nazirliyin elə həmin gün saxlandığı bildirilən Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov və Protokol Şöbəsinin rəisi Kamil Rzayevə gəlincə, Nuridə Allahyarova adlarıçəkilən şəxslərin də iş başında olduğunu bildirib:
“İşinin başında olmalı hər kəs işinin başındadır”, - deyə qurum rəsmisi qeyd edib.
Alçina Amilqızı, Bizim.Media