Şəmkir sakini naməlum şəraitdə bıçaqlanıb

Şəmkir sakini naməlum şəraitdə bıçaqlanıb

Hazırda oxunan: Şəmkir sakini naməlum şəraitdə bıçaqlanıb

102550

Şəmkirdə 40 yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Seyfəli kəndində baş verib.

Kənd sakini, 1982-ci il təvəllüdlü T.Məmmədov bədənin kəsilmiş, deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Zərərçəkən dərhal əməliyyata götürülüb. Onun vəziyyətinin stabil olduğu bildirilir.

Hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO