"Tərtər işi" üzrə 11 nəfər barəsindəki qərar LƏĞV OLUNDU

Hazırda oxunan: "Tərtər işi" üzrə 11 nəfər barəsindəki qərar LƏĞV OLUNDU

102477

"Tərtər işi" üzrə həbs edilmiş 11 nəfərlə bağlı apellyasiya məhkəməsi keçirilib. 

Bizim.Media xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. 

Qərara əsasən, Tərtrər Hərbi Məhkəməsinin qərarı ləğv olunub, 11 nəfərin işi yenidən baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilib. 
Həmçinin məhkum şəxslər yenidən təqsirləndirilən şəxs statusuna qaytarılıb. Vəkillərin təqsirləndirilən şəxslərin ev dustalığına buraxılması barədə vəsatətləri təmin olunmayıb. 

Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin Plenumunda "Tərtər işi" çərçivəsində həbs edilmiş 18 nəfərin işinə baxılıb. 

Plenumda Baş prokurorun ərizəsi təmin olunmaqla məhkum Orucov Rauf Rəşid oğlu və qeyrilərinin, habelə məhkum Rzayev Nicat Qabil oğlu və qeyrilərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) və digər maddələri ilə məhkum edilmələrinə dair yeni açılmış hallarla əlaqədar cinayət işlərinin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO