90 dövlət qurumu kiberhücumlara qarşı TƏLİMAT HAZIRLADI

90 dövlət qurumu kiberhücumlara qarşı TƏLİMAT HAZIRLADI

Hazırda oxunan: 90 dövlət qurumu kiberhücumlara qarşı TƏLİMAT HAZIRLADI

102381

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 90 dövlət qurumu öz daxili informasiya təhlükəsizliyi təlimatını hazırlayaraq tətbiq üçün təsdiq edib.

Bizim.Media xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, həmin təlimatlar dövlət qurumlarında informasiya sızmasına qarşı informasiya təhlükəsizliyi təminatına diqqət və nəzarətin gücləndirilməsi məqsədi ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının hazırladığı və dövlət qurumlarına təqdim etdiyi nümunəvi təlimat əsasında hazırlanıb.

Bundan başqa, hesabat dövründə dövlət informasiya ehtiyatlarında 380 təhlükəsizlik boşluğu - nöqsanları aşkar edilib və aradan qaldırılması üçün audit reportları hazırlanaraq tövsiyələrlə bərabər müvafiq qurumlara təqdim edilib. 

Kiberhücumların analizi ilə hesabat dövründə 780 kiberhücum indikatoru (IOC) müəyyən edilib və bloklanması ilə dövlət qurumlarına qarşı hazırlanmış xüsusi hədəflənmiş APT kiberhücumların qarşısı alınıb. 

Kiber-kəşfiyyat imkanlarından istifadə etməklə dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş saxta domenlərin ölkə üzrə fəaliyyətinin qarşısının alınması ilə xakerlərin xüsusi hədəflədiyi kiberhücum hazırlıqlarında dövlət qurumları adından istifadə edilməsi planlarının qarşısı alınıb və kiberhücum cəhdləri qabaqlanıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO