Mircəfərin rəqqasə ilə məktublaşması üzə çıxdı  - VİDEO

Mircəfərin rəqqasə ilə məktublaşması üzə çıxdı - VİDEO

Hazırda oxunan: Mircəfərin rəqqasə ilə məktublaşması üzə çıxdı - VİDEO

102336
Azərbaycan tarixində ən ziddiyyətli şəxsiyyət olan Mircəfər Bağırovla məşhur rəqqasə, xalq artisti Əminə Dilbazinin məktublaşması üzə çıxıb.

Moderator.az xəbər verir ki, Adıgözəl Məmmədovun “Baş tutmamış çevriliş”x9d kitabında Əminə Dilbazinin repressiyadan qurtulmaq üçün Bağırova məktub yazması ilə bağlı faktlar yer alıb.xa0

Əminə Dilbazi “525-ci qəzet”x9din 1997-ci il 29 oktyabr tarixli sayında sualları cavablandırıb: xa0

xa0- Əminə xanım, necə oldu ki, 37-ci ildə sənət adamlarına qarşı olan təzyiqlər sizdən yan keçdi? Deyilənə görə, Mircəfər Bağırov sizin sənətinizə pərəstiş edirmiş.

xa0xa0 - Bəy nəslindən olduğuma görə mənə və sənətimə hər vəchlə mane olmağa çalışırdılar. Məni komsomola keçirmədilər. Başa düşdüm ki, komsomola qəbul etməyiblərsə, partiyaya da keçirməyəcəklər (bəhanələri də o olurdu ki, bəy nəslindənəm, guya, bacım İrana ərə gedib, casusdur və s.). Bütün bunlarsız isə mənim sənətdə uğurlarım əbəs olacaqdı. Bir sözlə, məni yox etmək istəyirdilər.xa0

O vaxtlar bizim rəqs qrupu fəaliyyət göstərirdi. Mircəfər Bağırov bizə xüsusi diqqət yetirirdi. Gəlirdi, çıxışlarımıza tamaşa edirdi. Bütün bu təzyiqləri görüb qət etdim ki, Mircəfər Bağırova belə bir məktub yazım:xa0

xa0 “Mən Sizə ata kimi müraciət edirəm. Bəy nəslindən olduğumu bəhanə gətirib məni komsomola qəbul etmirlər. Belə getsə, sənətimi atmağa məcbur xa0olacağam. Komsomola, partiyaya qəbul olunmayacağamsa, incəsənətdə qalmağımın nə faydası? Mən gəncəm, gərək taleyimi indidən həll edəm. Ümidim bircə Sizsiz. Əgər məsləhət görsəniz, mən heç kimə maneçilik olmasın deyə, sənətimi ataram”x9d. xa0 Üç gündən sonra gənc rəqqasənin sevinci dünyaya sığmırdı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitənin katibi Mircəfər Bağırov bəy nəslindən olan Əminə Dilbaziyə rəsmi məktub göndərmişdi: xa0

xa0“Siz bu sənətdən uzaqlaşmamalısınız, heç nədən ehtiyat etməyin”x9d.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO