Hərbi təlimlərə cəlb edilmiş şəxslərdən biri İran səfirliyinin avtomaşını ilə Azərbaycana çatdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə DTX-nin məlumatında bildirilib.
Məlumata görə, İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə tərəfindən hərbi təlimlərə cəlb edilmiş Məmmədov Fəqan Sədrəddin oğlunun daha sonra İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin respublikanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib.
“Məlum olub ki, qeyd olunan xüsusi xidmət orqanlarının nümayəndələri Ermənistan silahlı birləşmələrinin işğalçı əməllərinə bəraət qazandırmaları ilə əlaqədar aralarında fikir ayrılığı yaranan Azərbaycan Respublikası vətəndaşlarını sonra da təsir dairəsində saxlamaq üçün onları cəlb edildikləri hərbi təlimlərə dair videokadrlarla və digər üsullarla şantaj ediblər”,-deyə DTX-nin məlumatında bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:03 / 01.11.2022
DTX: Təxribat yönümlü nəşrlər İran səfirliyinin avtomobili ilə daşınıb - VİDEO
Hazırda oxunan: DTX: Təxribat yönümlü nəşrlər İran səfirliyinin avtomobili ilə daşınıb - VİDEO
Hazırda oxunan: DTX: Təxribat yönümlü nəşrlər İran səfirliyinin avtomobili ilə daşınıb - VİDEO
102332
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.