Babəkin hazır olmayan heykəli ilə bağlı  - Qalmaqal

Babəkin hazır olmayan heykəli ilə bağlı - Qalmaqal

Hazırda oxunan: Babəkin hazır olmayan heykəli ilə bağlı - Qalmaqal

102328

Bakıda Babəkin heykəlinin qoyulması haqda sərəncam 2011-ci ildə imzalansa da, müxtəlif səbəblərdən heykəlin ucaldılması gecikdirilir.

Heykəlin hazırlanması üçün iş heykəltəraş Arif Qazıyevə tapşırılıb. Heykəltəraş 2012-ci ildə verdiyi açıqlamalarda eskizlərin bəyənildiyini və ölkəmizdə keçirilən “Avroviziya”x9d mahnı müsabiqəsindən sonra heykəlin hazırlanma prosesinə başlanacağını bildirsə də, 4 ildir ki, hələ də heykəl ucaldılmayıb.

Bu günlərdə redaksiyamıza müraciət edən Rəssamlar İttifaqının üzvü heykəltəraşxa0Cümşüd İbrahimlixa0heykəlin artıq bronzaya töküldüyünü, ancaq bir çox baxımdan hazırlanmaqda olan Babəkin heykəlinin uğurlu olmadığını bildirib: “Sovet dövründə, səhv etmirəmsə, elə indi də paytaxtda və iri şəhərlərdə ucaldılacaq abidələrin yalnız müsabiqə yolu ilə seçilməsi haqda qərar var. Ancaq artıq bu ikinci böyük layihədir ki, müsabiqə halına rast gəlmirik.

Tokay Məmmədov nə qədər bacarıqlı heykəltəraş olsa da, onun hazırladığı Koroğlu heykəli uzun müddət qınaq obyekti oldu. Xalq qəhrəmanının “multik”x9d qəhrəmanı, atının isə çex ponilərinə bənzədənlər heç də az deyildi. Mən onda da, öz layihələrimi göndərmişdim. Müsabiqə olacağı bildirilsə də, heç layihə qəbulu üçün verilən bir ay müddəti tamam olmamış heykəli hazırlamağa başladılar. Heykəl üçün nəzərdə tutulan 5 min manat da az məbləğ deyil.

xa0

İndi də Babək heykəli hazırlanır. Heykəlin maketini televiziyada görmüşəm. Bu iş üçün də layihələrimi dəfələrlə Şəhər merinə göndərsəm də, bir xəbər çıxmadı. Əminliklə deyə bilərəm ki, Arif Qazıyevin verdiyi maketdən daha yaxşı iş ortaya qoymuşam”x9d.

Bu isə Cümşüd İbrahimlinin hazırladığı maket

xa0

Sənətşunas Koroğlunun heykəlində olduğu kimi yeni heykəlin də plagiat adlandırılacağını bildirib: “Koroğlu heykəlinin ən çox qınanan məqamlardan biri onun plagiat olası idi. Budəfəki maket də qırğız heykəltəraş sadıkovun “Manas”x9d dastanına həsr etdiyi abidəni xatırladır”x9d.

“Manas”x9d dastanı

xa0

“Bundan başqa, sənətşünas kimi incələdikdə, xalq qəhrəmanı qılıncını önə tutaraq ordunu irəli səsləməlidir. Bu həm onun duruşundan, həm də atın hərəkətlərindən aydın hiss olunmalıdır. Arif bəyin verdiyi maketdəki Babək obrazı isə xalqı, ordunu sanki geriyə səsləyir. Olmazmı ki, bizim fərqli layihələrimizə də bir nəzər salınsın, sonra qərar qəbul edilsin?! Bir neçə quruma məktub göndərmişəm. Artıq Arif Qazıyev heykəli bronzaya tökdürür. Nə qədər gec deyil, onu dayandırmaq lazımdır.

Cümşüd İbrahimlinin təklif etdiyi maket üçün yer

xa0

Mən tək başıma ona qarşı apponentəm və həm estetik, həm də ideya baxımından öz işimi daha uğurlu hesab edirəm. Bu, bir-iki gün nümayiş olunub sonra qaldırılacaq əsər deyil. Nə qədər xərc çəkilir”x9d.

Qeyd edək ki, prezident İlham Əliyevin 2009-cu il 3 dekabr tarixində Koroğlu, 2011-ci il 6 sentyabr tarixində isə Babək heykəllərinin Bakı şəhərində ucaldılması üçün sərəncam imzalayıb./qafqazinfo/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO