Qubada Zəfər günü münasibətilə şəhid ailələri ilə görüş keçirildi - FOTO 

Qubada Zəfər günü münasibətilə şəhid ailələri ilə görüş keçirildi - FOTO 

Hazırda oxunan: Qubada Zəfər günü münasibətilə şəhid ailələri ilə görüş keçirildi - FOTO 

102325

Bu gün Quba rayon İcra Hakimiyyətində Zəfər günü münasibətilə şəhid ailələri ilə görüş keçirilib.  

Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, görüşdə millət vəkili Vahid Əhmədov, İcra Hakimiyyəti başçısının müavinləri, icra aparatının məsul şəxsləri, yerli DTX rəisi, YAP-ın rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət təmsilçiləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri iştirak edib. 

Əvvəlcə milli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bütün tədbir iştirakçılarını qarşıdan gələn Zəfər günü münasibətilə təbrik edərək Azərbaycanın Ermənistan üzərində bütün dünyaya səs salan tarixi qələbəsindən və bu istiqamətdə dövlətin və Ali Baş Komandan İlham Əliyevin gördüyü çox şaxəli işlərdən danışıb: "Azərbaycan öz daimi torpaqlarını azad etdi, bütün dünyaya öz gücünü , öz qüdrətini sübut etdi. Azərbaycanın vətənpərvər oğulları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar, əvəzində Qarabağı qaytardılar". 

Milli Məclisin üzvü Vahid Əhmədov da öz çıxışında Azərbaycanın Şanlı Zəfər tarixindən, dövlət səviyyəsində şəhidlərə göstərilən diqqət və qayğıdan, Qarabağda görülən genişmiqyaslı quruculuq işlərindən söz açıb.  

Tədbirdə çıxış edən Qubanın şəhid ailələrinin nümayəndələri onlara rayon və respublika səviyyəsində göstərilən diqqət və qayğıdan razılıqlarını bildiriblər.

Rayon rəhbəri şəhid ailələrinə göstərilən diqqətin bundan sonra da davamlı olacağını bildirərək yerli icra nümayəndələrinə və bələdiyyə sədrlərinə şəhid ailələrinin problemlərinə həssaslıqla və operativ yanaşmaları üçün tapşırıqlar verib.  

Görüşdən sonra Quba İcra Hakimiyyətinin  başçısı Ziyəddin Əliyev , millət vəkili Vahid Əhmədov və diğər rəsmilər Quba Şəhidlər Xiyabanını ziyarət edib.  

Aytəkin Alxaslı,Bizim.Media,Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO