Bu gün Rasim Məmmədovla bağlı qərar veriləcək

Bu gün Rasim Məmmədovla bağlı qərar veriləcək

Hazırda oxunan: Bu gün Rasim Məmmədovla bağlı qərar veriləcək

10230

Xəbər verildiyi kimi bu gün hüquq mühafizə orqanları tərəfindən saxlanılan “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovla bağlı məhkəmə iclası keçiriləcək.  Rasim Məmmədovun işinə Səbail Rayon Məhkəməsində baxılacaq. Məhkəmənin keçiriləcəyi saat hələki açıqlanmayıb.

R.Məmmədov barəsində Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri üzrə ittiham irəli sürülüb.

Bizim.Media-ya danışan Rasim Məmmədovun vəkili Elçin Sadıqov ilkin olaraq müvəkkilinin müdafiə hüququnun tanınmasının vacibliyini qeyd edib:

“Şəxsin hər hansı cinayətlər törətməsi ilə bağlı dəlillər yoxdursa, təqsirləndirilən maddələrin ağırlıq dərəcəsindən asılı olmayaraq ittiham oluna bilməz. Rasim Məmmədova rəsmi ittham irəli sürülməyib, sadəcə şübhə edilən şəxsdir. İttiham irəli sürüləndən sonra biz də öz arqumentlərimizi irəli sürəcəyik”.
 

MÖVZU İLƏ BAĞLI:

“Baku Steel Company” MMC-nin sahibi Rasim Məmmədov həbs olunub

“Minlərlə ailəni çörəksiz qoyan Rasim Məmmədovun cəzasını alacağını hamı bilirdi” – Qalmaqallı zavodun səhmdarı


Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayevin sözlərinə görə R. Məmmədov  həddindən artıq ağırlaşdırıcı maddələrlə təqsirləndirilir və 10-12 il azadlıqdan məhrumetmə cəzası göstərir:

“Təbii ki, barəsində veriləcək qərar məhkəmənin verəcəyi qiymət əsasında müəyyənləşəcək. Məhkəmənin nə qədər ədalətli olacağını bu işlə məşğul olan vəkillər deyə bilər. Amma məhkəmə praktikasında bu maddələrlə həbs qəti imkan tədbiri seçilir.

Ola bilsin ki, R.Məmmədov zərərin ödənilməsini öz üzərinə götürsün. Bu, yüngülləşdirici hal ola bilər. Məhkəmə həm azadlıqda, həm də dustaqda olduğu müddətdə zərərin ödənilməsi imkanını ona verə bilər. Hər halda hər şey məhkəmənin səalhiyyətlərindən asılıdır”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO