Öd partladan ÖLÜLƏR BAYRAMI – Biz niyə Halloweeni qeyd etməliyik?

Öd partladan ÖLÜLƏR BAYRAMI – Biz niyə Halloweeni qeyd etməliyik?

Hazırda oxunan: Öd partladan ÖLÜLƏR BAYRAMI – Biz niyə Halloweeni qeyd etməliyik?

102297

Amerikada hər ilin 31 oktyabrında ingilis dilində “Halloween”, dilimizdə isə “Hellouin” adlanan bayram qeyd olunur. Bu ənənə 19-cu əsrdən başlayaraq bu günə qədər davam edir. İnsanlar məhz həmin gün bayramın əsas atributu olan balqabaqların içini oyub, şam qoyurlar.

Həmçinin bayramın bir çox simvollarının uzun tarixi var. Belə ki, bir sıra ölkələrdə qara qüvvələrin rəmzi olan müxtəlif şəkillər - hörümçək toru, küpəgirən qarı, qara pişik, skelet, ifritə şəkilləri çəkilir, butaforlar qoyulur.
Bu bayram Azərbaycanda da son illər böyük maraqla gənclər tərəfindən qeyd olunmağa hətta ənənəyə çevrilməyə başlayıb. Lakin bununla yanaşı əksəriyyət bunu birmənalı qarşılamır və “Halloween” i qeyd edənləri təniqd atəşinə tutur onları mental dəyərlərdən uzaqlaşan, hətta dinə hörmət etməyənlər kimi də adlandırırlar.

“Halloween” i qeyd etmək doğrudan da dinə, mental dəyərlərə zidd çıxmaqdır, yoxsa qloballaşan dünyada qərb mədəniyyətinə inteqrasiya?

Mövzu ilə bağlı sualımızı sosioloq Əhməd Qəşəmoğlu cavablayıb. Onun sözlərinə görə, bu bayramı kəskin şəkildə tənqid etmək doğru deyil:

“Belə bayramları kəskin şəkildə "ay olmaz, pisdir" deyib aşağılaya bilmərik. Uşaqların çoxu onsuz da internet, telefon sayəsində hər şeydən demək olar ki, məlumatlıdır. Bütün ölkələrin mədəniyyətini, bayramını öyrənmək, buna həvəs göstərmək çox yaxşı bir şeydir. Amma bu bayramların keçirilməsində biz ayrı münasibət bəsləməliyik.

Məsələn, “Halloween” şər qüvvələrlə bağlı bayramdır. Keçmişdə mövcud olan satanizm ideyalarından gələn elementlər bayram atributlarında da əks olunub. Bu ideyalarda diqqətli olmaq lazımdır. Həmçinin bu tək “Halloween” ə aid edilməməlidir.
Avropa, xristian adət-ənənələrindən gələn bəzi neqativ tərəflərə qarşı məktəblərdə nəzarət etmək lazımdır. Eyni zamanda çalışmaq lazımdır ki, uşaqlarda bu mövzuda kompleks yaranmasın. Onlara həmin bayramın simvolları maraqlı, diqqətçəkən gələ bilər. Hətta bizdə niyə belə bayram yoxdur deyib öz bayramlarımıza maraq itə bilər.

Bunun qarşısının alınması üçün bizim milli bayramlarımıza həmin bayramlar arasında sintez aparılsın”,- deyə qeyd edən Ə.Qəşəmoğlu bu tiöli bayramlarda milli bayramlarımın əsas personajlarını da unutmamağı diqqətə çatdırıb.

“"Halloween" keçirilirsə, qoy həmin şənliyə Novruz bayramının əsas personajlarından olan Bahar qızı qonaq gəlsin. Və ya öz çevikliyi ilə sevimli nağılımızın personajı olan Cırtdan və bu kimi digər personajlar da uşaqların xatirəsində qalması üçün hökmən sözügedən bayram şənliklərində iştirak etməlidir”.
Aparılan sorğu nəticəsində isə əksəriyyət bu şənliyin keçirilməsini müasir həyatımızın tələblərindən biri kimi görür:

“Halloween artıq dini bayram yox, əyləncə xarakteri daşıyan bir şənlikdir. Bu bayram artıq kommersiya xarakteri alıb və buna görə Amerikada əyləncə üçün buna sərvətlər xərcləyirlər. Həmçinin qonşuluq, dostluq münasibətlərinin yaxşılaşmasına xidmət edir”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO