Azərbaycanda devalvasiya təhlükəsi varmı? - CAVAB

Azərbaycanda devalvasiya təhlükəsi varmı? - CAVAB

Hazırda oxunan: Azərbaycanda devalvasiya təhlükəsi varmı? - CAVAB

102290

“Bazar iqtisadiyyatı şəraitində və yaxud liberal maliyyə siyasəti yeridən ölkələrdə uzunmüddətli infilyasiya sonda devalvasiyanı qaçılmaz edir”.

Bu fikirləri Bizim.Media-ya iqtisadçı ekspert Əkrəm Həsənov söyləyib.

“Bir ilə yaxın davam edən infilyasiya ölkəmizdə devalvasiya təhlükəsi yaradırmı?” sualını şərh edən ekspert bildirib ki, hazırda Avropada, istərsə də qonşu – Türkiyə, Rusiya və Gürcüstanda milli valyutalar öz dəyərlərini sürətlə itirir, amma Azərbaycanla bağlı belə bir təhlükə yixdur:

“Azərbaycanda liberal maliyyə siyasət yürüdülmür, manatın məzənnəsi inzibati qaydada müəyyən olunur.  Üstəlik, ölkəmiz neft gəlirlərindən asılı bir dövlətdir. Ona görə də infilyasiyanın uzun müddət davam etməsi hələ o demək deyil ki, devalvasiya olacaq”.

Əkrəm Həsənov onu da əlavə etdi ki, infilyasiyanın uzun müddətli olması təkcə daxili səbəblərlə bağlı deyil:

“Bütün dünyada bu proses gedir. Amma, bizdə infilyasiyanın daxili səbəbləri də var. Bu məsələdə Azərbaycanın üstünlüyü ondadır ki, dünyada bütün qiymətlərlə yanaşı neft-qazın da qiyməti də qalxır. Bu hesaba da infilyasiya ilə paralel bizim valyuta ehtiyatımız da artır. Bu da prinsipcə devalvasiyanı istisna edir. Yəni Mərkəzi Bank valyuta ehtiyatlarından istifadə edərək istənilən devalvasiyanın qarşısını ala bilər. Ona görə də hazırda ölkəmizdə devalvasiya təhlükəsi yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO