Bank kartından pulu oğurlanan şəhid qardaşı detalları açıqladı:

Bank kartından pulu oğurlanan şəhid qardaşı detalları açıqladı: "Sonradan özünü erməni kimi təqdim etdi " – VİDEO

Hazırda oxunan: Bank kartından pulu oğurlanan şəhid qardaşı detalları açıqladı: "Sonradan özünü erməni kimi təqdim etdi " – VİDEO

102266

Xəbər verdiyimiz kimi, bu ilin sentyabrında Ermənistan ordusunun törətdiyi təxribat nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova qarşı dələduzluq edilib. Rusiyadan gələn telefon zəngində özünü Moskvada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun qohumu kimi təqdim edən şəxs Sənanın bank kartından pul oğurlayıb.

Space telekanalında yayımlanan "Qarışıq gündəm" proqramına qonaq gələn Səbuhi Əhmədovun qardaşı başına gələnləri danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər televiziyanın Youtube kanalında yayımlanıb.

O, mənə ev almaq üçün 80 min manat pul göndərmək istədiyini bildirdi və şərtini də açıqladı:
 

MÖVZU İLƏ BAĞLI:

Səbuhi Əhmədovun qardaşına şəhid ailəsi statusunun verilməsinə RƏSMİ CAVAB


“Buna görə kartının son rəqəmlərini deməlisən. Dedim yaxşı. Həmin gün də qəbr üstündə idim, çox yorğun idim, özümdə deyildim. Dedi ki, kod gələcək, təsdiqlənmə şifrəsidir. Söhbət pul çıxarmaq üçün sms kodundan gedir. Kodu deyəndən sonra baxdım ki, kartımdan pul çıxarılıb. Sonra səslə ona mesaj göndərib dedim ki, şəhid qardaşıyam, bu dünyanın o biri üzü də var. Götürürsənsə, halallığını verirəm. Amma etdiyiniz düz deyil".

Sənan hansı məbləğdə pulunun çıxarılmasını deməyib: “Bunu dövlət orqanları bilir, onlara bildirmişəm”.

Sənanın sözlərinə görə, zəng edən sonradan isə özünü erməni kimi təqdim etdi: “Amma səlis Azərbaycan dilində danışırdı. İndi onun barəsində araşdırma aparılır”.

Daha ətraflı videoda:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO