Azərbaycan peyklərinin Vətən Müharibəsində ROLU - Növbəti peyklər hansılar olacaq?    

Azərbaycan peyklərinin Vətən Müharibəsində ROLU - Növbəti peyklər hansılar olacaq?    

Hazırda oxunan: Azərbaycan peyklərinin Vətən Müharibəsində ROLU - Növbəti peyklər hansılar olacaq?    

102253

“Azərkosmos rəhbərliyi Azərbaycanın gələcəkdə hansı peyklərə sahib olacağı ilə bağlı yeni, lakin qeyri-müəyyən bir açıqlama verib”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, peyklərin telekommunikasiya, müşahidə və yaxud da kəşfiyyat peyklərindən hansı olacağı ilə bağlı konkret fikir bildirilməyib.

“Bizim peyklər orbitə qaldırılandan sonra, son bir neçə ildə dünyada peyklərlə bağlı, ümumiyyətlə kosmosun bölüşdürülməsi ilə bağlı situasiya kəskin dəyişilib. Artıq bu sahədə yeni yanaşmalar var, rəqabət kəskin artıb, 10 minlərlə peykə sahib olan şirkətlər meydana çıxır, internet və mobil rabitənin birbaşa peykdən alınacağı reallıqdır, böyük məbləğə başa gələn telekommunikasiya peykləri daha ciddi risklər yaradır və özünü doğrultmur. Daha çox birgə layihələrə, kommersiya yönümlü, hərbi yönümlü, elmi-ekoloji-meterologiya yönümlü, daha yüksək ayarlı müşahidə peyklərinə üstünlük verilir”.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan yeni peyklər buraxacaq - RƏSMİ


O.Gündüz bildirib ki, bizim peyklərin əvvəlki qiymətlərinə indi onlarla peyk hazırlamaq və orbitə qaldırmaq mümkündür.

“Düşünürəm ki, gələn il keçiriləcək astroloji konqresədək RİNN-nin Azerkosmos-un Azərbaycanın peyk infrastrukturunun inkişafı ilə bağlı yeni konseptual sənəd hazırlaması və hökumətə təqdim etməsi doğru olardı. Orada açıq -aşkar qeyd olunmalıdır ki, Azərbaycan konkret hansı təyinatlı peyklərə üstünlük verəcək. Düşünürəm ki, bu məsələdə Türkiyə ilə, İsrail ilə əlaqələri gücləndirmək, birgə kosmik layihələr qurmaq faydalı olardı. Bu konseptual sənədin ictimai müzakirəsinin keçirilməsi də faydalı olardı”.

AİF prezidenti hazırda göydə təxminən 1 milyard manat dəyərində 3 peykimizin olduğunu xatırladaraq bildirib ki, “AzerSky” müşahidə peykinin 2-ci Qarabağ şavaşı zamanı xüsusi əhəmiyyət kəsb etməsinin şahidi olduq.
“Peyklərimizin ömrü getdikcə azalır, dünyada rəqabət artır, Azerkosmos gəlirlər haqqında tez-tez açıqlamalar verir, amma qoyulan investisiyaların geri dönüşü və mənfəətdən danışmaq hələ çox tezdir”, - deyə Osman Gündüz qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO