Dövlət Əmək Müfəttişliyi Xidməti Masazır bələdiyyəsini cərimələdi - ÖZƏL  

Dövlət Əmək Müfəttişliyi Xidməti Masazır bələdiyyəsini cərimələdi - ÖZƏL  

Hazırda oxunan: Dövlət Əmək Müfəttişliyi Xidməti Masazır bələdiyyəsini cərimələdi - ÖZƏL  

102246

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Abşeron Rayon Masazır bələdiyyəsini cərimələyib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, bələdiyyə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) maddəsi ilə 1500 manat məbləğində cərimə edilib.

Bundan narazı qalan Masazır bələdiyyəsi dövlət xidmətini məhkəməyə verib. Şikayətə Abşeron Rayon Məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə baxılacaq. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO