Azərbaycanda orta aylıq pensiya artırılır – RƏSMİ 

Azərbaycanda orta aylıq pensiya artırılır – RƏSMİ 

Hazırda oxunan: Azərbaycanda orta aylıq pensiya artırılır – RƏSMİ 

102234

Azərbaycanda orta aylıq pensiya artırılır.

Bizim.Media xəbər verir ki, bu, Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2023-cü il üzrə büdcəsi ilə bağlı rəyində əksini tapıb.

“Əmək pensiyaları haqqında “1-pensiya №li forma” statistik hesabata əsasən, cari ilin 1 yanvar tarixinə ölkə üzrə orta aylıq pensiya məbləği 331,8 manat olduğu halda ilin I yarısında 36,2 manat və ya 10,9% artaraq 368,0 manat təşkil etmiş, artım pensiyanın hər 3 növü üzrə baş verib.
Cari ilin I yarısında yaşa görə pensiyalar 37,7 manat (10,4%), əlilliyə görə pensiyalar 31,8 manat (10,9%), ailə başçısını itirməyə görə pensiyalar isə 29,8 manat (10,3%) artmışdır ki, bu da minimum pensiya məbləğinin artırılması, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi və cari ilin 1 yanvar tarixinədək əmək pensiyası təyin edilmiş şəxslərə maddi yardımın ödənilməsi hesabına baş verib.

Minimum pensiya məbləğinin daha yuxarı həddə çatdırılması və pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi ilin I yarısında həyata keçirildiyindən pensiya məbləğlərindəki nəzərəçarpacaq dəyişiklik bu dövrdə müşahidə edilib.

İlin II yarısında isə pensiya məbləğlərində kəskin dəyişiklik yarada biləcək halların gözlənilməməsi səbəbindən növbəti ilin əvvəlinə orta aylıq pensiya məbləğləri aşağı artımla proqnozlaşdırılıb.

Növbəti ilin əvvəlində yaşa görə orta aylıq pensiyanın 0,1 manat azalması, əlilliyə görə orta aylıq pensiyanın 0,4 manat artması fonunda, ümumi orta aylıq pensiyanın 1,4 manat artaraq 369,4 manat həddində olması gözlənilir ki, bu da ailə başçısını itirməyə görə pensiya növündə gözlənilən artım ilə əlaqədardır.
Növbəti ilin sonunda isə orta aylıq pensiya məbləğinin ilin əvvəli ilə müqayisədə 52,6 manat və ya 14,2% artaraq 422 manat olacağı proqnozlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO