Qaxda həmkəndlisini bıçaqlayıb qaçan şəxs tutuldu

Qaxda həmkəndlisini bıçaqlayıb qaçan şəxs tutuldu

Hazırda oxunan: Qaxda həmkəndlisini bıçaqlayıb qaçan şəxs tutuldu

102197

Qaxda həmyerlisini bıçaqlayıb hadisə yerindən qaçan şəxs saxlanılıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisəni törətməkdə şübhəli sayılan, 38 yaşlı Vüqar Mustafayev Qax Rayon polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, oktyabrın 30-dən 31 keçən gecə rayonun Qaxbaş kənd sakini 40 yaşlı Ruslan Mustafayevlə Vüqar Mustafayev arasında şəxsi münasibətlər zəmnində mübahisə yaranıb.
Dava zamanı Vüqar Mustafayev üzərində olan bıçaqla Ruslanı qarın boşluğundan bıçaqlayıb və hadisə yerindən qaçıb.

Ruslan Mustafayev Qax Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub, hazırda müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO