15 yaşlı yeniyetmə ona tərs baxan həmyerlisini bıçaqladı

15 yaşlı yeniyetmə ona tərs baxan həmyerlisini bıçaqladı

Hazırda oxunan: 15 yaşlı yeniyetmə ona tərs baxan həmyerlisini bıçaqladı

102192

Göygöldə 36 yaşlı kişi öz qohumu, 15 yaşlı yeniyetmə tərəfindən bıçaqlanıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayon sakini, 1986-cı il təvəllüdlü İlqar Bayramov toy məclisindən çıxandan sonra 5 bıçaq zərbəsi alıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun sözlərinə görə, Göygöl rayon sakini İlqar Bayramovun müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə Göygöl rayon Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşları dərhal həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. Keçirilən təxirə salınmaz tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Göygöl rayon sakini, yetkinlik yaşına çatmayan 2007-ci il təvəllüdlü Q. Əliyev saxlanılıb.

İlkin versiyaya görə, hadisə münaqişə zəminində baş verib və zərərçəkənlə onu vuran qohumdurlar. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO