Paytaxtın bu ərazisində tullantılar üçün KONTEYNER MEYDANÇASI yaradılıb - FOTO 

Paytaxtın bu ərazisində tullantılar üçün KONTEYNER MEYDANÇASI yaradılıb - FOTO 

Hazırda oxunan: Paytaxtın bu ərazisində tullantılar üçün KONTEYNER MEYDANÇASI yaradılıb - FOTO 

102152

Bakının Xətai rayonunda konteyner meydançası yaradılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. 

Bildirilib ki, 300 min nəfərdən çox əhalisi olan Xətai rayonunda hazırlıq işləri çərçivəsində ilk növbədə 498 konteyner meydançası yaradılıb.

Meydançalara yaşıl və narıncı rənglərdə yeni, müasir konteynerlər quraşdırılıb və əraziyə cavabdeh şəxslər təyin olunub. 

Sakinlərin maarifləndirməsinə xüsusi diqqət ayrılan bu layihə çərçivəsində Xətai rayonunun bütün məhəllə və həyətlərində görüşlər keçirilib. Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən İctimai Birliyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verirlər. 

Həmçinin bildirilib ki, layihənin vətəndaşlara izahı məqsədilə müvafiq qurumların əməkdaşları və könüllülər sakinlərlə görüşür, mənzillərə yaşıl və narıncı rəngli paketlər, izahedici bukletlər paylayır, məhəllələrdə və binaların bloklarında maarifləndirici posterlər yapışdırırlar. 
Qeyd edək ki, layihənin həyata keçirilməsi üçün ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən 57 ədəd yeni avtonəqliyyat vasitələri və mexanizmləri alınaraq xidmətlərin istifadəsinə verilib və bu prosses davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO