35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd Ümid Partiyasının sədri, millət vəkili Ağa-zadə İqbal Fehruz oğlu seçiciləri ilə görüşlərini davam etdirir.xa0
Ümid Partiyasının Mətbuat Xidmətindən Moderator.az -a verilən məlumata görə, namizəd oktyabrın 22-də qap-qapı kampaniyasına başladı. O, İ.İsmayılov, Mehmandarov küçələrində və Gəncə prospektində olaraq sakinlərlə görüşdü. İ.Ağa-zadə seçicilərin suallarını cavablandırdı, onların problemlərini dinlədi, parlamentdə olduğu müddətdə gördüyü işlərdən, bundan sonra görəcəyi işlərdən danışdı. etimad göstərildiyi halda, bundan sonra da seçicilərini layiq olduğu səviyyədə təmsil etməyə çalışacağını bildirdi.
Seçicilər isə onu yaxından tanıdıqlarını, ona etimad göstərdiklərini və seçkilərdə ona səsə verəcəklərini bildirdilər.
Qeyd edək ki, oktyabr 18-də Ağa-zadə İqbal Fehruz oğlunun təbliğat-təşviqat kampaniyası çərçivəsində Xətai rayon, Gəncə prospekti 99-da yerləşən Sabir adına kitabxananın akt zalında seçiciləri ilə möhtəşəm görüşü olub.
İqbal Ağa-zadə ilə görüşə gələn seçicilərin böyük əksəriyyəti zala sığmadığı üçün zalın qarşısında açıq havada dayanmalı olublar.
Seçiciləri İqbal Ağa-zadəni böyük çoşqu ilə qarsalayıblar. Millət vəkili “İqbal bəy”x9d sədaları altında zala daxil olub. Zalda olan seçiciləri salamladıqdan, 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik etdikdən sonra qıssa nitq söyləyib, gördüyü və görəcəyi işlərdən danışdı. Bildirdi ki, hər zaman söylədiyi kimi deputatlıq onun üçün seçicilərə, xalqımıza, dövlətimizə daha çox xidmət edə bilməkdir. Deputatlıq fəaliyyətində həmişə seçicilərin yanında olmağa, müraciətlərinin həllini tapmasına kömək etməyə çalışıb. Etimad göstərildiyi halda, bundan sonra da seçicilərini layiq olduğu səviyyədə təmsil etməyə çalışacaq.
























































































































