“Fars-molla rejimi terror ixracına başlayıb” – Aslan İsabəyli

“Fars-molla rejimi terror ixracına başlayıb” – Aslan İsabəyli

Hazırda oxunan: “Fars-molla rejimi terror ixracına başlayıb” – Aslan İsabəyli

102095

“Teharan ilk terror hadisəsini artıq Kərkükdə törədib. Molla rejimi təhlükəli vəziyyət almağa başlayıb, dünya İrana qarşı loyal davranmaqda davam etsə, çox fəlakətli hadisələr ola bilər”,

Bu fikirləri Bizim.Media-ya Bütöv Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin Kanada təmsilçisi Aslan İsabəyli bildirib:

“Sepah” teleqram kanalında yayılan məlumatda açıq şəkildə qeyd edilir ki, İrana qarşı sosial şəbəkələrdə anti-təbliğat aparanlar ən qatı şəkildə cəzalandırılacaq.

Bu da rəsmi Tehranın qonşu dövlətlərə terror təhdididir. Nə yazıq ki, mollalar hədəflərinə çatmaq üçün öz xalqlarına qarşı da terror etməkdən çəkinmir. Təsadüfi deyil ki, İsfahanda törədilən terror hadisəsinin İranın xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyini hamı gördü və bildi. Bununla da molla rejimi həm öz xalqının mübarizə ruhunu qırmaq, həm də digər dövlətləri terrorla qorxutmaq istəyir”. 

Aslan İsabəyli onu da əlavə etdi ki, ABŞ-ın sabiq prezidenti Con Bolton bu günlərdə ərəb televiziyalarının birinə verdiyi açıqlamasında İranın həm sivilizasiya, həm də qonşu dövlətlər üçün bir təhlükə mənbəyi olduğunu söyləyib:
“Əgər vaxtında bu təhlükənin qarşısı alınmasa onda qonşu dövlətlərdə terror hadisələrinin törədilməsi qaçılmaz olacaq. Bunun üçün aparıcı dövlətlərlə yanaşı İranın qonşu dövlətləri də bu təhlükəyə qarşı birləşməlidirlər”. 

AzSAM-ın təmsilçisi qeyd etdi ki, bizdə olan məlumata görə  molla rejimi Güney Azərbaycanda terror hadisəsi törətməyə hazırlaşır:

“Bu təxribatın qarşısını almaq üçün yəqin ki, Azərbaycanın xüsusi xidmət orqanları öz hazırlıqlarını görüblər. Yaxşı olar ki, soydaşlarımız da ətraflarına diqqətli olsunlar. İran rejiminin təsiri altında olanlara son günlər xüsusi diqqət ayrsınlar. Rejim həmçinin türkdilli dövlətlərdə- Özbəkistanda, Qazaxıstanda və digər ölkələrdə terror törədəcəyi ehtimalları var. Nəzərə alaq ki, terrorçuluq farsların bəşəriyyətə verdiyi yeganə “töhvə”dir”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO