Bərdədəki güllələnmə ilə bağlı SON MƏLUMAT - YENİLƏNİB

Bərdədəki güllələnmə ilə bağlı SON MƏLUMAT - YENİLƏNİB

Hazırda oxunan: Bərdədəki güllələnmə ilə bağlı SON MƏLUMAT - YENİLƏNİB

102051

Bərdənin Bala Qacar kəndində yerləşən kafedə baş verən hadisə zamanı yaralananların son vəziyyəti məlum olub.  

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, 1965-ci il təvəllüdlü, Bala Qacar kənd sakini Eldar Məmmədov alın-sifət, döş qəfəsi və sol çiynindən çoxsaylı qırma yarası alıb.  

1966-cı il təvəllüdlü, Bərdə rayon Qulular kənd sakini Əsədov Səxavət Teymur oğlu isə sağ çiyin-dirsək nahiyəsindən qırma yaraları alıb.

İlkin tibbi müayinə zamanı onun sağ bazu sinirinin və arteryasının zədələnməsi aşkar edilib. Hər iki yaralı həkim nəzarəti altındadır. Hadisənin tam təfərrüauratı hələ ki məlum deyil.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

14.25

Bərdə sakini kafedə həmyerlilərini güllələyib. 

Bizim.Media xəbər verir ki, hadisə rayonun Bala Qəjər kəndində yerləşən kafelərin birində qeydə alınıb. 

Belə ki, kənd sakini Rəcəb Məmmədov aralarında yaranmış münaqişə zamanı həmkəndliləri - Sərxan Əsədova və kafenin sahibi Eldar Məmmədova odlu silahdan atəşə açaraq xəsarət yetirib. 

Daha sonra hər iki yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasında çatdırılıb. 

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır. 

R.Məmmədovun məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam edir. (report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO