Azərbaycan-Rusiya sərhədində SIXLIQ – Uzun növbə yaranıb 

Azərbaycan-Rusiya sərhədində SIXLIQ – Uzun növbə yaranıb 

Hazırda oxunan: Azərbaycan-Rusiya sərhədində SIXLIQ – Uzun növbə yaranıb 

102045

Azərbaycan-Rusiya sərhədində yerləşən Samur gömrük-keçid məntəqəsində qonşu ölkəyə keçmək istəyən yük avtomobillərinin sayı 2800-ə çatıb.

Məntəqənin qarşısında yük dolu nəqliyyat vasitələrinin böyük və uzun növbəsində azalma müşahudə olunmur.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Azərbaycanın gömrük və sərhəd orqanları heç bir ləngimə etmədən qonşu Rusiyaya keçidini təmin edir.

Problem Rusiyanın Dağıstan Respublikasının Məhərrəmkənd rayonunun Yaraq Qazmalar gömrük-keçid məntəqəsində yaşanır.

Bu məntəqədə Azərbaycandan gələn yük nəqliyyat vasitələri çox ciddi yoxlamadan keçirilir.

Verilən məlumata görə, Azərbaycanın müvafiq dövlət orqanları Rusiya tərəfi ilə danışıqları davam etdirir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO