Şəkidə şəhid Səbuhi İsgəndərlinin anım günü keçirildi - FOTO

Şəkidə şəhid Səbuhi İsgəndərlinin anım günü keçirildi - FOTO

Hazırda oxunan: Şəkidə şəhid Səbuhi İsgəndərlinin anım günü keçirildi - FOTO

101923

Bu gün Şəki şəhər 11 nömrəli tam orta məktəbin akt zalında bu təhsil ocağının keçmiş məzunu şəhid Səbuhi İsgəndərlinin anım günü keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, anım mərasimində Dövlət Sərhəd Xidmətinin və onun Şəki dəstəsinin rəhbərliyi, əsgər, gizir və zabitləri, şəhid ailələri, qazilər, müharibə veteranları, həmçinin Şəki şəhər icra sturuktunun nümayəndələri iştirak edib.

Şəhidin xidmət etdiyi hərbi hissənin komandir heyəti, eləcə də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxış edərək Səbuhi İsgəndərlinin bu təhsil ocağında nümunəvi, vətənpərvər bir insan kimi yetişməsindən, keçdiyi şərəfli döyüş yolundan bəhs edib.
Məktəblilər keçmiş məzun, Səbuhi İsgəndəli haqda yazılan şerləri səsləndirib, şəhidlərin xatirəsinə ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

Anım gününün yüksək səviyyədə təşkilinə görə şəhidin anası Gülnarə İsgəndərova hərbi hissə komandanlığına və oğlunun vaxtilə təhsil aldığı 11 nömrəli məktəbin müəllim və şagird kollektivinə öz təşəkkürünü bildirib.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO