Hüseynbala Mirələmov: “Səlahiyyətim olsaydı, TikToku ləğv edərdim” - VİDEO

Hüseynbala Mirələmov: “Səlahiyyətim olsaydı, TikToku ləğv edərdim” - VİDEO

Hazırda oxunan: Hüseynbala Mirələmov: “Səlahiyyətim olsaydı, TikToku ləğv edərdim” - VİDEO

101892

“Səlahiyyətim olsaydı, TikToku ləğv edərdim, bilirsiniz, nə qədər ziyandır?! Sosial şəbəkədə oxuyursan ki, 3 uşağın anası ailəsini atıb, kimləsə qaçıb. Bu, internetin xidmətləridir.

Mentalitetimiz, adət-ənənələrimiz var, belə şey olar? Biabırçılıqdır!”

Bizim.Media xəbər verir ki, bunu sabiq deputat Hüseynbala Mirələmov APA TV-yə müsahibəsində bildirib.

H.Mirələmov qeyd edib ki, islahatları insanların beynində həyata keçirmək lazımdır.

O, bildirib ki, qadını duya bilməyən kişilər var: “Həmin kişilər qadını sıxırlar. Amma boşanmaların səbəbi bu deyil. Boşanma başqa temadır. Ana qızını elə formalaşdırmalıdır ki… Bilməlidir ki, öldürsələr də dönüklük olmaz.

Qız dərk etməlidir ki, əri onun bütüdür, məbədidir. Nə ər, nə də qadın “qırmızı xətti” keçməlidir. Sevgidə, məhəbbətdə sədaqətli olmaq lazımdır. Heç bir şey onları çaşdırmamalıdır”.

Qeyd edək ki, 2021-ci ilin aprelin 21-də H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb. Görüntülərin ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkilib. H.Mirələmov ADNSU-da kafedra müdiri, YAP-ın Xətai rayon təşkilatının sədri vəzifələrindən azad edilib, partiyanın Veteranlar Şurasının üzvlüyündən çıxarılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO