Ağır yol qəzasının səbəbi BƏLLİ OLDU - YENİLƏNİB - VİDEO

Ağır yol qəzasının səbəbi BƏLLİ OLDU - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: Ağır yol qəzasının səbəbi BƏLLİ OLDU - YENİLƏNİB - VİDEO

101793

Bakı-Qazax yolunda sərnişin avtobusunun aşmasına səbəb piyada olub. 

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata hadisə yolun 26-cı km-də olub. 

Bildirilib ki, 99-XX-256 dövlət nömrə nişanlı, “İsuzu” markalı, 164 saylı müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun qarşısına piyada çıxıb:

“Bu səbəbdən sürücü idarəetməni itirərək avtobusu aşırıb. İlkin məlumata görə, hadisə nəticəsində səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

*** 14.45

Bakı-Qazax yolunun 26-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilir ki, 164 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər xəsarət alıb, ölüm yoxdur. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO