Xəzərdə sərnişindaşıma ideyasına EKSPERTDƏN MÜNASİBƏT – “Detalları bilmədən təklif edirlər” 

Xəzərdə sərnişindaşıma ideyasına EKSPERTDƏN MÜNASİBƏT – “Detalları bilmədən təklif edirlər” 

Hazırda oxunan: Xəzərdə sərnişindaşıma ideyasına EKSPERTDƏN MÜNASİBƏT – “Detalları bilmədən təklif edirlər” 

101774

 

“Bakıda dəniz üzərindən sərnişindaşınmanı təklif edənlər bəzən detalları bilmədən bunu edir. Hava şəraitinə əlaqəli olan dəniz üzərindən sərnişin daşımaları dayanıqlı deyil. Həmçinin, sürətin aşağı olması bu təklifi cəlbedicilikdən uzaq edir”. 

Bizim.Media xəbər verir ki, bunu nəqliyyat eksperti Rauf Ağamirzəyev sosial şəbəkə hesabında yazıb. 

Son zamanlar paytaxtdakı tıxaclardan qurtulmaq üçün təklif edilən dəniz üzərindən daşımalara münasibət bildirən eskpert qeyd edib ki, bu çözüm yolu deyil. 

“Çıxış yolu ayrılmış avtobus zolaqları və çeşidli ictimai nəqliyyat növlərinin inkişafıdır”, - deyə R.Ağamirzəyev əlavə edib. 

Ekspert nümunə olaraq bu təcrübənin tətbiq olunduğu Litvanın Klyapeda şəhərində reallaşdırılan su yolu ilə daşımalara diqqət çəkib: 

“Litvanın Klaypeda şəhərində çay ictimai nəqliyyatı istifadəyə verilib. Katamaran avtobusu 12 sərnişini qəbul edir, bir oturacaq əlillər üçün nəzərdə tutulub. Gəminin uzunluğu 10,6 metrdir. Katamaran 11-13 km/saat sürətlə hərəkət edir. Bir şarj 80 kilometr qət etməyə imkan verir. 

Tərtibatçılar qeyd edirlər ki, onlar katamaranı mümkün qədər mobil etməyə çalışıblar: o, irəli, geriyə, yanlara, fırlana bilir. Gələcəkdə onu sürücü olmadan avtonom hərəkət etməyə imkan verəcək ağıllı maneə tanıma sistemləri ilə təchiz etmək planlaşdırılır”. 
Qeyd edək ki, son həftələrdə Xəzər dənizi üzərindən sərnişin daşımalarına başlanması ilə bağlı bir sıra ekspertlər və millət vəkilləri təkliflərlə çıxış ediblər. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO