Xarici səyyahların Qarabağa səfəri başlayır

Xarici səyyahların Qarabağa səfəri başlayır

Hazırda oxunan: Xarici səyyahların Qarabağa səfəri başlayır

101730

Bu gün “Türkiyə Gəzginlər Klubu” dərnəyinin – beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri baş tutacaq. 

Bizim.Media xəbər verir ki, beynəlxalq səyahətçilərin səfəri üç gün davam edəcək. 

Onlar üç gün ərzində avtomobil yolu ilə Bakı-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl (Xudafərin)-Bakı marşrutu üzrə hərəkət edəcək, işğaldan azad olunmuş ərazilərdə 30 il ərzində törədilən erməni vəhşiliyinin izləri, eyni zamanda işğalın sona çatdırılması ilə Azərbaycanın bu ərazilərdə apardığı bərpa-quruculuq işləri ilə tanış olacaqlar. 

Xatırladaq ki, səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması sahəsində mühüm əhəmiyyət kəsb edir.

Ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomanmania) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə, 4 dəfə böyük heyətlərlə səfərlər təşkil edilib.
Hazırda sayca beşinci olan bu səfərlər nəticəsində 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub. Bu isə Azərbaycanın illər ərzində məruz qaldığı vəhşiliyin dünya ictimaiyyətinə beynəlxalq səyahətçilərin gözləri ilə göstərilməsi baxımdan xüsusi əhəmiyyət kəsb edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO