Ölümdən sonra BEŞ ƏLAMƏT – Ölüb dirilənlər danışır...

Ölümdən sonra BEŞ ƏLAMƏT – Ölüb dirilənlər danışır...

Hazırda oxunan: Ölümdən sonra BEŞ ƏLAMƏT – Ölüb dirilənlər danışır...

10170

Demək olar ki, hamını ölümdən sonrakı həyat maraqlanıdırır.

Bizim.Media "Daily Star" nəşrinə istinadən xəbər verir ki, Tomas Fleişman adlı həkim ölümdən sonra baş verən  5 əlamətdən danışıb. 

35 ildən çox təcili yardımda çalışan həkim "ölümdən sonra qayıdanların" gördüklərindən danışıb. İki minə yaxın insanın ölümünün şahidi olan Tomas yüzlərlə klinik ölüm keçirən xəstələrlə söhbət edib.

2014-cü ildə Hamburqdakı bir elmi konfransda çıxış edən Dr. Fleişman bildirib ki, klinik ölüm keçirən xəstələrin keçirdikləri təcrübəni 5 mərhələyə bölmək olar.  

Birinci mərhələdə ağrı dərhal yox olur ani dəyişikliklər baş verir. Narahatlıq, qorxu və səslər də yox olur. Sakitlik və əmin-amanlıq hiss edirlər. Bəziləri sevinc halı yaşayır, bəziləri birdən öldüklərini başa düşürlər.

İkinci mərhələdə, insan özünü kənardan görür, onu həyata qaytarmaq istəyən həkimləri seyr edir.

Üçüncü mərhələ insanların 98-99% -i rahatlıq keçirdiyini desə də, qalan 2% -i dəhşətli səslər, üfünət və bədheybət canlılar haqqında danışıb.

Dördüncü mərhələdə insanlar tam qaranlığın ortasında uzaqdan parlaq bir işıq görməyə başlayırlar.

Beşinci mərhələdə, klinik ölümdən xilas olanların 10% -i gözəl, gül çiçəklərlə bəzədilmiş bir bağçada olduqlarını deyiblər. Bu mərhələdə onlar o məkanda çoxdan vəfat etmiş yaxınları ilə görüşdüklərini də qeyd ediblər. Bəziləri isə parlaq bir varlıqla təmaslarından da danışıblar.

Almaniyada təcili yardım şöbəsinin müdiri vəzifəsində çalışan bir həkim bu fenomenlə əlaqəli izahatları olmadığını söyləyib. Klinik ölüm zamanı beynin fəaliyyətinin tamamilə dayanır. Bunun elmi bir izahının olmamasına baxmayaraq, klinik ölümün mövcudluğu danılmazdır.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO