Ağdamda AĞIR QƏZA - Avtomobil 2 piyadanı VURDU - FOTO

Ağdamda AĞIR QƏZA - Avtomobil 2 piyadanı VURDU - FOTO

Hazırda oxunan: Ağdamda AĞIR QƏZA - Avtomobil 2 piyadanı VURDU - FOTO

101699

Ağdamda iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, hadisə Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində baş verib.

Belə ki, Natiq Bayramovun idarə etdiyi "Mersedes ML" markalı minik maşını yolu keçmək istəyən iki qadını vurub.

Hər iki yaralı xəstəxanaya çatdırılsa da onlardan biri 1953-cü il təvəllüdlü Hətəmova Məlahət Aslan qızı həyatını itirib. 1975-ci il təvəllüdlü Hacıyeva Gülşən Siyasət qızı isə ağır bədən xəsarətləri alıb.
Əraziyə Ağdam rayon polis şöbəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma başladılıb.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO