Daşınmaz əmlakın icbari sığortası ilə bağlı RƏSMİ AÇIQLAMA

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Daşınmaz əmlakın icbari sığortası ilə bağlı RƏSMİ AÇIQLAMA

101620

Azərbaycan Mərkəzi Bankı daşınmaz əmlakın icbari sığortası proseslərinin rəqəmsallaşdırılması üzrə işlər aparır. 

Bizim.Media xəbər verir ki, bunu oktyabrın 28-də Mərkəzi Bankın baş direktoru Ziya Əliyev Trend.az-ın sualını cavablandırarkən deyib. 

Onun sözlərinə görə, bu, AMB-yə daşınmaz əmlakın sığortası proseslərinə və bazarına nəzarət etməyə imkan verəcək. 

"Rəqəmsallaşma vətəndaşlara elektron sığortanı rəsmiləşdirməyə imkan verəcək. Müvafiq bazanın yaradılması və sığorta bürolarının sistemləri ilə inteqrasiyası üzrə işlər aparılır. Rayonlar üzrə də müvafiq tapşırıqlar verilib. Biz həm də icbari sığortanın stimullaşdırılması və əhalinin məlumatlandırılmasını vacib hesab edirik", - deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO