Azərbaycanda təhlükəli hidrometeoroloji hadisələrin SAYI ARTIR

Azərbaycanda təhlükəli hidrometeoroloji hadisələrin SAYI ARTIR

Hazırda oxunan: Azərbaycanda təhlükəli hidrometeoroloji hadisələrin SAYI ARTIR

101592

“Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da təhlükəli hidrometeoroloji hadisələrin sayı artmaqdadır”. 

Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi, coğrafiya üzrə fəlsəfə doktoru Umayra Tağıyeva deyib. 

Onun sözlərinə görə, araşdırmalar göstərir ki, son 10 ildə 25 metr/saniyə-dən artıq güclü küləklərin sayı 12 dəfəyədək artıb: 

“İri şəhərlərimiz olan Bakı, Gəncə və Mingəçevirdə fırtına hesab olunan 35 metr/saniyədən güclü küləkli günlərin sayı 3,5 dəfə artıb. Əgər 1961-1990-cı illərdə ildə bir dəfə belə hadisə baş verirdisə, hazırda 3-dən çox belə hadisələrlə üzləşirik”. 

Umayra Tağıyeva əlavə edib ki, yağıntıların azalması fonunda təəssüf ki, leysan xarakterli yağışların miqdarı artmaqdadır.

Bu səbəbdən son 10 ildə sel-daşqınların 18,5 dəfəyə qədər artması müşahidə olunur: 

“Dolu düşməsi artıq səciyyəvi ərazilərdən başqa digər rayonlarda da müşahidə olunmaqdadır. Bu hadisələrin sayı da 3,2 dəfəyə qədər artıb. Son 10 ildə kənd təsərrüfatı üçün xüsusi təhlükə yaradan ağ yellər adlanan quru isti küləklərin təkrarlanması 10 dəfəyə qədər artıb”. 

Xidmət rəisi vurğulayıb ki, bütün bu problemlərə hazırlıqlı olmaq üçün ölkəmizdə hidrometeorologiya xidmətinin potensialının artırılması mühüm məsələlərdən biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO