Sabah BU ADAMLAR ehtiyatlı olsunlar – Həkimdən XƏBƏRDARLIQ

Sabah BU ADAMLAR ehtiyatlı olsunlar – Həkimdən XƏBƏRDARLIQ

Hazırda oxunan: Sabah BU ADAMLAR ehtiyatlı olsunlar – Həkimdən XƏBƏRDARLIQ

101589

Oktyabrın 29 və 30-da Yer kürəsində G1 kateqoriyalı maqnit qasırğaları gözlənilir. Bu axşamdan başlayaraq qasırğanın gücü 5 bala qədər yüksələcək. Bu isə insan sağlamlığı üçün təhlükəli həddir.

Mütəxəssislərin fikrincə, belə günlərdə əksər meteohəssas insanlar halsızlıqdan və baş ağrısından şikayətlənirlər. Hipertoniyadan əziyyət çəkən insanlarınsa qan təzyiqində tez-tez sıçrayışlar müşahidə edilir.

Bizim.Media ilə söhbətində həkim Rasif Bağırov kainatdan gələn hansısa maqnit qasırğalarının Yer kürəsində müəyyən narahatçılıqlar yaratığını təsdiqlədi:

“Bu narahatçılıqlar həmin yerin özünün maqnit gücünü üstələyə bilmir. Nəticədə, müyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur. Maqnit qasırğası əsasən 50 yaşdan yuxarı insanların səhətinə mənfi təsir göstərir.
Məsələn, qanında müəyyən yağların yüksək olması, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara maqnit qasırğası pis təsir edir. Bu da özünü baş ağrıları, halsızlıqla göstərə bilər. Maqnit qasırğası hətta hipertaniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər”.

Rasif Bağırov ona görə də tövsiyyə edir ki, qan dövranında problemi olan insanlar belə günlərdə daha diqqətli olmalıdırlar.

“Hipertaniyadan əziyyət çəkən insanlar yaxşı olar ki, istirahətə daha çox üstünlük versinlər. Açıq havada daha çox gəzsinlər. Özlərini stresdən qorumağa çalışsınlar, yalnız müsbət emosiyalara köklənsinlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO