Tağı Əhmədovun 2 milyonunu mənimsəyənlərə CƏZA TƏLƏBİ 

Tağı Əhmədovun 2 milyonunu mənimsəyənlərə CƏZA TƏLƏBİ 

Hazırda oxunan: Tağı Əhmədovun 2 milyonunu mənimsəyənlərə CƏZA TƏLƏBİ 

101582

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovdan 2 milyon manat sələm götürərək mənimsəməkdə ittiham olunan Qulu Muxtarov və Sahil Abuşovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib. 

Prokuror təqsirləndirilən şəxslərin hər birinin 9 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini istəyib. 

Daha sonra təqsirləndirilən Sahil Abışovun vəkili müdafiə nitqi ilə çıxış edib. Vəkil müdafiə etdiyi şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.  

Digər təqsirləndirilən şəxs Qulu Muxtarovun vəkili isə deyib ki, müdafiə etdiyi şəxs özünü ittiham üzrə özünü təqsirli bilməyib. Qeyd edib ki, Qulu Muxtarovun ifadələrinə görə zərərçəkmişdən pul almayıb.  

Vəkil həmçinin deyib ki, təqsirləndirilən şəxsin oğlu Vətən müharibəsinin iştirakçısıdır. O, müdafiə etdiyi şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini istəyib.

Növbəti proses noyabrın 3-də davam edəcək. 

İttihama görə, Tağı Əhmədov AMEA əməkdaşı, professor Soltan Əliyev vasitəsilə Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşova ümumilikdə 2 milyon manata yaxın sələm verib. Onlar mərmər biznesində böyük qazanc olduğunu deyərək Tağı Əhmədovu bu işə pul yatırmağa inandırıblar. 

Tağı Əhmədov isə YAP-ın Yasamal rayon təşkilatının binasında həmin şəxslərə pulları verib.

Daha sonra sələmi qaytara bilmədikləri üçün Soltan Əliyev onlardan şikayət edib. 

Cinayət işi üzrə zərərçəkmiş kimi də Soltan Əliyev tanınıb. 

Təqsirləndirilən Qulu Muxtarov vaxtilə Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat müvəkkili işləyib. Hüquq-mühafizə orqanlarından təqaüdə çıxdıqdan sonra Beynəlxalq Bankın rəhbəri olmuş Cahangir Hacıyevin mühafizəçisi işləyib. 

Məhkəmə istintaqı zamanı məlum olub ki, sələm prosesində Tağı Əhmədovun oğlu Ruslan Əhmədov da iştirak edib. Hətta bir dəfə Tağı Əhmədov pullarını qaytarmadığı üçün Səadət Xəlilovu ofisində döyüb. Səadət Xəlilov götürülən puldan 234 min manat qaytardığını bildirir. 

Zərərçəkmiş Soltan Əliyev Tağı Əhmədovun 2 milyonu ilə yanaşı, əlavə 1 milyon 92 min manat da faiz pulu tələb edir. 

1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi olmuş Tağı Əhmədov uzun müddət YAP-ın Yasamal rayon təşkilatına sədrlik edib, bu ilin sentyabrında vəzifədən çıxarılıb. 

Qeyd edək ki, cinayət işində adı hallanan Səadət Xəlilovun cinayət işi ayrıca icraata araşdırılıb,

Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səadət Xəlilov 9 il azadlıqdan məhrum olunub. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO