Bir neçə yerdə çalışan işçi necə sığortalanır? – DETALLAR

Bir neçə yerdə çalışan işçi necə sığortalanır? – DETALLAR

Hazırda oxunan: Bir neçə yerdə çalışan işçi necə sığortalanır? – DETALLAR

10158

İşçinin əsas iş yeri olmadan digər qurumlarda çalışması müzakirə olunan məsələlərdəndir.

Əmək Məcəlləsində bununla bağlı xüsusi müddəalar yer alsa da, qanundan xəbərsiz olan əksər işçilərin işəgötürənlə mübahisələri yaranır. Paralel bir neçə iş yerində çalışan bəzi şəxslər Əmək Məcəlləsinə əks fəaliyyət göstərir.

Bu isə işəgötürən və işçi arasında çox hallarda mübahisəli məqam yaradır və onun sığortalanması da kölgə altında qalır.
 

MÖVZU İLƏ BAĞLI:

Ötən il Ümumi Daxili Məhsulun istehsalı artıb - EKSPERT


Mövzu ilə bağlı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədova müraciət etdik.

O, Bizim.Media-ya açıqlamasında öncə sözügedən məsələnin qanuni mexanizmini izah etdi:

“Əsas iş yeri olan işçi əlavə iş yerində yarımştat kimi çalışır. Həmin yer də onun əsas yeri sayılmalı və orada da sığortalanmalıdır. O, bu halda istehsalatda baş verən bədbəxt hadisəyə və peşə xəstəliklərinə görə sığortalanmış olur. Şəxs neçə yerdə işləyirsə işləsin, onun vəsaiti şəxsi sosial yığım hesabına yatırılır. 10 yerdə işləyə və 10 istiqamətdən hesabına sosial sığorta yığımı toplana bilər.  Həm işəgötürənin sığortaladığı, həm şəxsin özündən tutulma hissə həmin hesabda yığılır. Hər kəs girib o yığımı yoxlaya bilir”. 


QHT sədri paralel bir neçə iş yerində çalışmağın qadağan olunduğu sahələri sadaladı:
 

“Dövlət qulluqçularında əsas iş yeri ilə paralel başqa işdə işləmək qadağandır. Siyasi vəzifə tutanlar, icra hakimiyyəti başçıları, seçkili orqan nümayəndələri – prezident, deputat və bələdiyyə başçıları nə əlavə iş yerində çalışa, nə də sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Bir neçə yerdə işləmək yalnız işəgötürənin razılığı ilə pedaqoji sahəyə aiddir. Tutaq ki, yaradıcılıq sahəsində, kimsə rəsm çəkib və ya şeir yazıb, qonarar alır. Qaldı ki, büdcə təşkilatlarında yer alan sahələrə, bir neçə yerdə çalışanlara daha çox müəllimlər və həkimlər aiddir. Məsələn, həkimlər var ki, hansısa dövlət poliklinikasında günortaya qədər, ondan sonra  isə özəl xəstəxanada çalışırlar. Bu, müəllimlərə, zavod işçilərinə də aiddir”. 


Hüquq müdafiəçisi onu da əalvə etdi ki, əvəzçilik üzrə işləyənlər əsas iş yerindən başqa digər müəssisədə işləyirlərsə, bunun üçün şəxsin əsas iş yerindən icazə almasına gərək yoxdur:

“Bir iş yerində digər işi də yerinə yetirmək lazımdırsa, bunu işəgötürənin razılığı ilə etmək lazımdır. Tutaq ki, işəgötürən işçisinə iş vaxtı 2 və ya 3 saat başqa işə gedib qayıtmasına şərait yaradır. Amma iş vaxtından sonra mən işləyirəmsə, bunun heç kəsə dəxli yoxdur. Sadəcə qanun deyir ki, işçinin əlavə iş saatı əsas iş yerinin saatının yarısından çox olmamalıdır. Amma buna əməl edən yoxdur”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO